RU

Kərəm Əzimov: Məcburi köçkünlük günlərinin xatirəsi ölənə qədər bizimlə qalacaq

Bakı, 15 noyabr, AZƏRTAC

Bu gün bizim üçün ən gözəl gündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, dövlətimizi qorusun.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Kərəm Əzimov söyləyib.

"Bu gözəl gündə doğma yurdumuza geri qayıdırıq. Mən 14 yaşımda buradan çıxmışdım, bu gün 47 yaşımda geri qayıdıram. Allah bizə daha gözəl günlər nəsib etsin,” – deyə o qeyd edib.

Məcburi köçkün düşdüyü günü necə xatırladığını bildirib:

“Bu ağrı və o günlərin xatirəsi ölənə qədər bizimlə qalacaq. Hər şey gözümün qabağında baş verib.”

O, əlavə edib ki, bu qayıdış həm onların özləri, həm də dünyasını dəyişən yaxınları üçün böyük sevincdir.

 

 

Избранный
66
2
azertag.az

4Источники