RU

Stokholmda avtobus dayanacağa çırpıldı: Ölənlər var

İsveçdə, Stokholmun şimal-şərqində avtobus dayanacağa çırpılıb. Hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Ajans.az xəbər verir ki, bu barədə İsveç polisi öz saytında məlumat yayıb. Məlumata görə, Texniki Universitetin yaxınlığındakı Valhallavagen küçəsində avtobus bir neçə nəfəri vurub. Polis hələlik qurbanların sayını, cinsini və yaşını açıqlamayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni ağır cinayət kimi təsnif ediblər.

İnsidentin səbəbləri araşdırılır.

Избранный
15
1
Ajans.az

2Источники