RU

USB kabellərində hər rəng ayrı funksiyanı göstərirmiş

Kompüter və telefon kimi cihazlara qoşduğumuz USB kabellərindəki fərqli rənglər sadəcə görüntü üçün deyilmiş. Mütəxəssislərin sözlərinə görə, bu rənglər kabelin veri ötürmə sürətini və güc imkanlarını göstərir.

Milli.Az xəbər verir ki, bazada müxtəlif rənglərdə USB kabelləri var. USB giriş hissəsindəki mavi, qara, qırmızı və ya ağ plastik hissələr kabelin hansı USB standartına aid olduğunu və nə qədər sürət dəstəklədiyini göstərir.

Eyni noutbukda yan-yana olan iki USB-C portu belə fərqli sürət və güc dəstəkləyə bilər.

USB rənglərinin mənası

Ağ - USB 1.x standartı. Köhnə versiya olub maksimum 12 Mbps sürət verir. Bu gün əsasən köhnə cihazlarda rast gəlinir.

Qara - USB 2.0. Hələ də ən çox istifadə edilən standartdır, 480 Mbps sürət dəstəkləyir.

Sarı - Kompüter söndürülmüş halda belə aktiv qalan USB portu deməkdir. Yəni cihazı kompüter yuxu rejimində olsa belə şarj edə bilər.

Narıncı - Sarı porta bənzərdir, lakin USB 3.0 dəstəyi və daha yüksək sürət təqdim edir.

Mavi - USB 3.0 ("SuperSpeed"). 5 Gbps sürət verir, müasir cihazlarda ən çox rast gəlinən rəngdir.

Mmavi-yaşıl - USB 3.1 standartıdır. 10 Gbps-ə qədər sürət təmin edir.

Qırmızı - USB 3.1 Gen 2 və USB 3.2 portlarıdır. 10-20 Gbps sürət verə bilir və kompüter söndürülmüş olsa belə cihazlara enerji ötürə bilir.

Yeni nəsil USB-C standartları

Müasir USB-C portlarında sürət və güc fərqli standartlara bölünür:

USB 2.0: 480 Mbps

USB 3.x: 20 Gbps-ə qədər

Thunderbolt: 40 Gbps-ə qədər

Yeni nəsil USB 4 xüsusilə MacBook Pro M4 kimi modellərdə istifadə olunur. Bu texnologiya 120 Gbps-ə qədər sürət təklif edir və əvvəlki bütün USB versiyaları ilə uyğun işləyir.

Lalə Qüdrətova
Milli.Az

Избранный
15
3
milli.az

4Источники