RU

Əzizlərimizin yarımçıq qalan arzularını gerçəkləşdirəcəyik

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Zəngilan rayonunun Məmmədbəyli kəndindənəm. Biz 30 ildir yurd həsrət ilə yaşamışıq. Əzizlərimizi itirdiyimiz üçün kədərlənirik, onları doğulub boya-başa çatdığımız torpaqlarda qoyub getdiyimizə görə ürəyimiz yanır. Onlar illərlə bu günü həsrətlə gözlədilər, amma qismət olmadı. Bu gün isə yola çıxırıq və orada əzizlərimizin yarımçıq qalan arzularını gerçəkləşdirəcəyik”.

Modern.az xəbər verir ki, bu sözləri AzərTac-a Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Qənirə Orucova söyləyib.

Keçmiş məcburi köçkün bildirib ki, şəhid və qazi bacısı kimi doğma yurdlarına qürurla qayıdır.

“Allah şəhidlərə rəhmət, qazilərə cansağlığı versin, əsgər və zabitlərimizi qorusun. Biz onların sayəsində bu gün sevinclə yola düşür, illər sonra öz doğma torpağımıza qayıdırıq. Şəhidlərin ayağı dəyən, qanları tökülən torpaqlar bizim üçün müqəddəsdir və biz orada başıuca yaşamalıyıq”,– deyə o vurğulayıb.

Q. Orucova bildirib ki, həmin yerlər bir vaxtlar tamamilə başqa cür idi: “O vaxt erməni vandalizmi nəticəsində biz doğma yurdumuzdan məcburi köçkün düşdük. Arazı keçəndə özümüzlə heç nə götürə bilməmişdik. Ailə üzvlərimizdən sağ qalanlar həmin günün acısını hər zaman qəlbində daşıdı”.

Müsahib bildirib ki, o məcburi köçkün düşəndə 33 yaşı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
6
modern.az

7Источники