RU

42 yaşlı Ülviyyənin qətlinin təfərrüatı- Video

Xəbər verdiyimiz kimi, Sabirabadda qadın qətlə yetirilib.

Hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

Rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

“Hamısını mənim uşağımın üstünə atdılar. Əsəbləri pozuldu onun, özündə deyildi. Sonra bacısını qabağına qoydular ki, bacısını buna görə veriblər”, - Ü.Məmmədovanən anası bildirib.

Bundan başqa, qeyd edilib ki, Ü.Məmmədova boşanaraq ailə evinə qayıdıb, evdar qadın olub. Hadisədən əvvəl qardaşı ilə aralarında mübahisə yaranıb. 

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

Избранный
4
4
hurriyyet.az

5Источники