RU

Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilənkompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsindəAvropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotikvasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə,Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslamRespublikasından Estoniya Respublikasına "kafel yapışdırıcısı" yüküaparan vaqon "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və yükəstasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükəkinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiqedilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlamazamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda,qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qramolan narkotik vasitə-heroin aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qarabazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarındanyuxarıdır.

Məqalədə:
Избранный
37
33
az.trend.az

10Источники