RU

Azərbaycanda avtomobil benzini istehsalı ARTIB

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,225 milyon tonavtomobil benzini istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 24,2 min ton və ya 2% çoxdur. Ötən ilin ilk 10 ayındaölkədə 1,201 milyon ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin noyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı83,7 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarınınistehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manatolmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faizartıb.

Məqalədə:
Избранный
21
3
az.trend.az

10Источники