RU

Azərbaycanda ağ neft istehsalı 5%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 582 min ton ağneft istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 27,2 min ton və ya 4,9% çoxdur. Ötən ilin ilk 10 ayındaölkədə 554,8 min ton ağ neft istehsal olunmuşdu.

Bu ilin noyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı25,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarınınistehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manatolmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faizartıb.

Məqalədə:
Избранный
62
3
az.trend.az

10Источники