Bu gündən Azərbaycanda istiliyin verilməsinə başlanılır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.
Məlumata görə, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır.
"Cebheinfo.az"