RU

Braziliyada Azərbaycanın COP hərəkatına gətirdiyi qalıcı mirasdan danışılıb

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycanın "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “COP29 qlobal təcrübə və COP30 yeni perspektivlər” layihəsi çərçivəsində yan tədbir keçirib.Newscenter.az xəbər verir ki, tədbir ekosistem dayanıqlığını gücləndirmək, təbiətə əsaslanan həllərin təşviqi və ədalətli uyğunlaşma üzrə yeni strategiyaların müzakirəsinə həsr olunub, Sessiyada alimlər, yerli icma liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc fəallar iştirak edib.Panel müzakirələrində spikerlər qlobal iqlim proseslərində sosial ədalət, miqrasiya, mədəniyyətin rolu və yerli dayanıqlılıq məsələləri üzrə baxışlarını bölüşüblər, daha inklüziv iqlim həllərinə ehtiyac olduğunu bildiriblər."Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova vurğulayıb ki, COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə gətirdi və Azərbaycan yaranmış imkanlardan effektiv istifadə edərək bu prosesdə QHT-lərin daha fəal iştirakı, onların rolunun gücləndirilməsinə misilsiz töhfə verdi. COP29-da dünyanın hər yerindən gələn 10 mindən çox QHT nümayəndəsinin iştirakı yeni təcrübə yaratdı, onların təsirini və töhfəsini artırdı. Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Azərbaycanın təşəbbüslərinin uğuru yeni çağırışlar fonunda qlobal çoxtərəfli əməkdaşlıq formatlarına ehtiyacı göstərdi.Müzakirələrdə xüsusi vurğulanıb ki, Bakı Qlobal Cənub QHT Platformasının vətəni olmaqla, Cənubun təşkilinə və möhkəmlənməsinə kömək etməklə, Şimalla daha balanslı və konstruktiv dialoq üçün ilkin şərtlər yaradır. Bu Platforma beynəlxalq maliyyə arxitekturasının islahatı, texnologiya transferi və iqlim dəyişmələri ilə mübarizə üçün resursların ədalətli bölüşdürülməsi kimi məsələlərin müzakirəsi üçün əlverişli formatdır. Azərbaycan Qlobal Cənubun güclənməsinə yardım göstərməklə, qlobal səviyyədə daha səmərəli qarşılıqlı fəaliyyət və kompromis mexanizmlərinin yaradılmasına öz töhfəsini verir.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
1
newscenter.az

2Источники