RU

Özbəkistan və Qazaxıstan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırır

Özbəkistan və Qazaxıstan qarşılıqlı tədarükün artırılması və idxalın əvəzlənməsi hesabına ticarət dövriyyəsini ildə 10 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. SİA-nın verdiyi məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının bu gün Daşkənddə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə məhdud tərkibdə görüşündə bəyan edilib.

İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin əvvəlindən 4 milyard ABŞ dolları təşkil edib.

"Yük daşımalarının həcmi artır, şəhərlər arasında həftədə 40-dan çox uçuş həyata keçirilir, 6,5 min birgə müəssisə yaradılıb, prioritet sahələrdə iri layihələr həyata keçirilir. Sənaye əməkdaşlığını inkişaf etdirmək məqsədilə dəyəri 8 milyard ABŞ dollarından çox olan layihə portfeli hazırlanıb. Bu cür layihələrin təşviqi üçün birgə investisiya platformasının istifadəyə verilməsi təklif edilib", - məlumatda qeyd olunur.

Bundan başqa, dövlət başçıları 2026-cı ildə Qazaxıstanda iki ölkənin Region Rəhbərləri Şurasının birinci iclasının keçirilməsi barədə razılığa gəliblər.

Избранный
21
1
sia.az

2Источники