RU

Asif Əsgərovun şəhid ailələri ilə görüşləri davam edir - FOTOLAR

Millət vəkili Asif Əsgərovun şəhid ailələri və vətəndaşlarla mütəmadi görüşləri çərçivəsində Zaqatala rayonunda növbəti görüşü baş tutub.

"Unikal" xəbər verir ki, görüşün ilk mərhələsində millət vəkili şəhid Mahmudov Natiqin ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıb, şəhidimizin döyüş yolundan söz açıb və şəhid ailələrinin daim diqqətdə saxlanacağını bildirib.

Daha sonra Zəyəm kəndində vətəndaş qəbulu keçirilib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və məktəb direktoru iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən içməli su təminatı, sosial məsələlər və digər gündəlik problemlərlə bağlı olub. Qaldırılan bir sıra məsələlər yerindəcə həll edilib, millət vəkilinin səlahiyyəti çərçivəsinə daxil olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.

Qəbul zamanı daxil olan müraciətlər əsasında aztəminatlı ailələrə maddi yardım göstərilib.

Sonda həm şəhid ailəsi, həm də kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, dövlətin hər bir vətəndaşa göstərdiyi qayğı və diqqət gündəlik həyatlarında öz real nəticələrini göstərir.

Избранный
29
29
unikal.az

10Источники