RU

Gəncə sakini 17 yaşlı oğlanı avtomobillə qəsdən vurub öldürüb

Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov “VAZ 2107”-in sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib.

Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin “VAZ 2107” ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, 17 yaşlı Ə. Qurbanov hadisə baş verən gün Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış.

Hadisədən sonra “VAZ 2107”-in sürücüsü polisə təslim olub.

Ə. Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır./apa

Избранный
16
10
interpress.az

10Источники