RU

Naxçıvanda “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən Naxçıvan Dövlət Universiteti, Muxtar Respublika Həmkarlar İttifaqları Şurası, AMEA Naxçıvan Bölməsi, ETN-in Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Türkiyənin Çankırı Karatekin və İğdır universitetləri və Polşanın Rzeszovski Universitetinin birgə təşkilatçılığı ilə “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçirilib.

Əvvəlcə iştirakçılar Duzdağ Müalicə Mərkəzinin yeni infrastrukturu ilə tanış olublar. Qeyd olunub ki, dəniz səviyyəsindən 1100 metr dərinlikdə yerləşən, ümumi uzunluğu 46 kilometr olan duz mağarasında hazırda 440 çarpayı mövcuddur. Sonra “Təbiətin Duzdağ möcüzəsi” adlı videoçarx nümayiş olunub.

NDU-nun rektoru Elbrus İsayev açılış nitqində bildirib ki, ali məktəbdə önəmli elmi məclislərin davamı olan bu konqres Duzdağın yerli və beynəlxalq səviyyədə tanıdılmasını hədəfə alıb. Elmi məclisdə səsləndirilən materiallar nəşr edilərək Duzdağın təbii sərvət kimi daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev isə qeyd edib ki, Duzdağın sistemli elmi tədqiqi Naxçıvan elminin prioritet istiqamətlərindəndir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Duzdağın tarixi və müalicəvi əhəmiyyəti barədə təqdimatla çıxış edərək burada aparılan araşdırmalar haqqında məlumat verib.

İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, Muxtar Respublika Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Çankırı Karatekin Universitetinin professoru Tamer Keçeli bildiriblər ki, Duzdağ Müalicə Mərkəzi təkcə sağlamlığın bərpası üçün deyil, həm də mədəni tədbirlər, elmi tədqiqatlar və maraqlı sosial həyat məkanı kimi fəaliyyətini genişləndirir.

Konqres NDU-da keçirilən bölmə iclasları ilə davam etdirilib, 5 ölkədən, 21 elm və təhsil müəssisəsindən olan alimlərin 60-dan çox məruzəsi dinlənilib.

Səbuhi HƏSƏNOV,XQ-nin Naxçıvan müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
xalqqazeti.az

2Источники