RU

TƏBİB də işləməyən departament rəhbəri vətəndaşları qəbul edir Anar Ağayevin hansı səlahiyyəti var?

Milli.az saytına istinadən ain.az xəbər verir.

Anar Əzəm oğlu Ağayev TƏBİB-də işləməsə də vətəndaşları qəbul etməyə davam edir.

Milli.Az xəbər verir ki, TƏBİB-in rəsmi saytında olan məlumatlara əsasən, o, hər həftənin cümə axşamı saat 11:00-13:00 arasında vətəndaşlarla görüşlər keçirir.

Qeyd edək ki, Anar Ağayev bu ilin sentyabrında Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

O, 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illər professor vəzifəsində çalışıb.

2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.

Mina Mikayılova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
1
news.milli.az

2Источники