RU

Azərbaycan millisi Şimali İrlandiyaya qarşı

Bu gün Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində 2-ci matçına çıxacaq.

"Unikal" xəbər verir ki, Elxan Abdullayevin komandası Şimali İrlandiya ilə qarşılaşacaq.

Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matç  qazaxıstanlı Sayat Karabayevə həvalə olunub.

Qeyd edək ki, komanamız qrupdakı ilk matçda Çexiyaya böyük hesabla uduzub - 1:6.

Избранный
55
3
unikal.az

10Источники