RU

Leyla Əliyeva Plasido Dominqonun konsertində VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əfsanəvi tenor Plasido Dominqo Bakıda Heydər Əliyev Mərkəzindəki konserti anşlaq yaşadıb.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.

Səhnədə Plasido Dominqo (Placido Domingo) ilə yanaşı onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr),  Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, isveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak) çıxış edib. Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Francesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib.

Gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.

Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir.

Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
32
globalinfo.az

10Источники