RU

Məhərrəm Quliyev: “Şəhid ailələrinə xidmət etmək hər bir dövlət məmurunun mənəvi borcudur”

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu gün İcra Hakimiyyətinin inzibati binasında bir qrup şəhid ailəsi ilə görüş keçirdi. Görüş zamanı o, hər bir ailənin müraciətlərini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verdi. Şəhid ailələrinin sosial qayğıları, gündəlik problemləri və ehtiyacları ilə yaxından maraqlanan icra başçısı onların həyat şəraitinin yaxşılaşdırılması, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara xüsusi göstərişlər ünvanladı.

Məhərrəm Quliyev vurğuladı ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. O bildirdi ki, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə xidmət etmək, onların problemlərini həll etmək hər bir dövlət məmurunun mənəvi borcudur.

Görüşdə şəhid ailələrinin nümayəndələri onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə edərək, bu kimi görüşlərin həm mənəvi, həm də sosial baxımdan böyük önəm daşıdığını qeyd etdilər. Səmimi və humanist ruhda keçən qəbulun sonunda ailələrin müraciətlərinin icrası ilə bağlı konkret addımların atılacağı bildirildi.

Bu görüş bir daha göstərdi ki, Goranboy rayonunda şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır və onların rifahı üçün bütün imkanlar səfərbər olunur.

Hamlet QasımovXQ-nin bölgə müxbiriGoranboy rayonu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
xalqqazeti.az

2Источники