RU

Noyabrın 16-sı axşamdan 17-si gündüzədək hava şəraiti yağıntılı olacaq - XƏBƏRDARLIQ

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək hava şəraitinin respublikanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Избранный
22
46
ekologiya.az

10Источники