RU

"Formula-1" pilotları nömrələrini dəyişdirə biləcəklər

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) komissiyası gələn mövsüm üçün "Formula-1" qaydalarına dəyişiklikləri təsdiqləyib.

Avtosfer.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, "Formula-1" Komissiyasının 2025-ci ildə dördüncü və yekun iclası baş tutub və 2026-cı il qaydalarına yeniliklər də daxil olmaqla, əsas mövzular müzakirə edilib.

Belə ki, müzakirə olunan məsələlərdən biri 2014-cü il mövsümündən sürücülər üçün daimi yarış nömrələri ilə bağlı əsasnaməyə edilən dəyişikliklər olub. Razılaşdırılıb ki, sürücülər üçün karyeraları ərzində nömrələrini dəyişdirmək təklifinə icazə verilsin.

Qeyd edək ki, 2014-cü ildə qəbul olunan əsasnaməyə görə, "Formula-1" sürücülərinə daimi nömrələr verilirdi və "Formula-1" karyeraları boyunca bu nömrələr dəyişilməz qalırdı.

Избранный
34
2
avtosfer.az

3Источники