RU

Rumıniya Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını pisləyib

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib. SİA-nın verdiyi məlumata görə, Nazirlikdə qeyd ediblər ki, noyabrın 14-də gecə saat 1:00 radələrində raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketin (Rusiya) Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə düşməsi Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

"Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik", - Rumıniya XİN-də bildiriblər.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Müəllif: Ziya Hikmətoğlu
Избранный
52
10
sia.az

10Источники