Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Bakıdakı səfiri Qurbanməmmet Elyasovla görüşüb.
Newscenter.az-ın məlumatına görə, Report Türkmənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətləri müzakirə edilib.