RU

Polşa Prezidenti ukraynalı qaçqınlara dəstək qanununu sonuncu dəfə imzalayıb

Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınlara dəstəyin uzadılmasını nəzərdə tutan qanunu sonuncu dəfə imzaladığını bəyan edib.

APA xəbər verir ki, bu barədə “Unian” Polşa mediasına istinadən məlumat yayıb.

Karol Navrotski bildirib ki, qanunu imzalamaqda məqsədi ölkədə idarəetmədə qarışıqlığın qarşısını almaqdır.

“Məni xaosun prezidenti kimi görməmələri üçün qanun layihəsini imzaladım. Amma eyni zamanda, vurğuladım ki, ukraynalılara yardım barədə bu qanunu son dəfə imzalayıram”, – o qeyd edib.

Prezident həmçinin bildirib ki, Polşada yaşayan ukraynalılara “digər milli azlıqlara göstərilən münasibətlə eyni qaydada” yanaşılmalıdır.

Qeyd edilir ki, qanun ukraynalı qaçqınlara sosial dəstək mexanizmlərinin müəyyən müddət davam etdirilməsini nəzərdə tutur.

Избранный
32
4
apa.az

5Источники