Yazını böyüt
Yazını kiçilt
Mingəçevir Dövlət Dram Teatrının aktyoru Akif Mirabov 78 yaşında vəfat edib.
Hafta.az xəbər verir ki, o, bu gün günorta saatlarında vəfat edib.
Əməkdar artist sabah Mingəçevir şəhər qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Akif Mirabov Milli Qəhrəman Rəşad Mirabovun atasıdır.
Xatırladaq ki, Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində doğulub. 1965-ci ildə Xalq teatrında, 1968-ci ildən isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi işə başlayıb. O, 1968-ci ildən 2017-ci ilədək teatrda aktyor işləyib. 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2013-cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu ilə təltif olunub./apa/