RU

Aktrisa gül satan uşağı maşınla vurub hadisə yerindən belə qaçdı - ANBAAN VİDEO

Türkiyəli aktrisa Mina Derman maşını ilə uşaq vuraraq hadisə yerindən qaçıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, Bebekte məkandan çıxan aktrisa jurnalistlərə görüntü verməmək üçün yolda çiçək satan uşağı maşını ilə vurub. Qəzanın fərqində olsa da, maşınından enməyən aktrisa hadisə yerindən uzaqlaşıb.

Vurduğu uşaq isə axsayaraq həmin yerdən uzaqlaşıb. Aktrisa hərəkətinə görə türk mediasında sərt şəkildə tənqid olunur.

Mina Derman bu barədə açıqlama verərək bu sözləri deyib:

"Mənim haqqımda yayılan xəbərlərlə bağlı açıqlama verməyə məcburam. Heç bir qəza baş verməyib və o vaxt bizimlə olan bütün müxbirlərimiz buna şahid olublar. Əksinə, sözügedən oğlan bir maşının dalınca qaçarkən qəfildən qarşımda kəsilib ona dəydi. Geri döndüyüm zaman artıq ayağa qalxıb qaçırdı" ./Milli.az

Избранный
21
3
bakivaxti.az

4Источники