RU

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Apa.az saytına istinadən ain.az xəbər verir.

Qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyi bir zamanda ölkələr arasında humanitar və sosial-iqtisadi həmrəyliyin gücləndirilməsi xüsusi strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq isə bu kontekstdə regionda nümunəvi tərəfdaşlıq modeli kimi çıxış edir.

Bu sözləri APA-ya açıqlamasında Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Politologiya kafedrasının professor, tarix elmləri doktoru Ranoxon Tursunova deyib.

“Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağ bölgəsinin bərpasına yardım göstərilməsi təşəbbüsü ilə dünyada ilk çıxış edən ölkə məhz Özbəkistan olub. Prezident Şavkat Mirziyoyevin bu addımı həm humanitar həmrəylik, həm də qardaşlıq münasibətlərinin təcəssümü kimi qiymətləndirilir. Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan müasir ümumtəhsil məktəbinin inşası bu əməkdaşlığın ən vacib nümunələrindən biridir. Hazırda məktəbdə yüzlərlə şagird təhsil alır və bu təhsil ocağı Özbəkistanın Azərbaycan xalqına dəstəyinin rəmzinə çevrilib”, - o vurğulayıb.

Özbək politoloqun fikrincə, Xankəndidə yaradılan birgə tikiş müəssisəsi yeni iş yerlərinin açılmasına, regionda yüngül sənayenin inkişafına və yerli əhalinin sosial-iqtisadi imkanlarının genişlənməsinə xidmət edir: “Bu təşəbbüs Özbəkistanın azad edilmiş ərazilərdə təkcə humanitar deyil, iqtisadi layihələrdə də fəal iştirak etdiyini göstərir. Özbək şirkətlərinin Qarabağın bərpasında gələcək iştirak perspektivləri də geniş olaraq qiymətləndirilir. Tikinti, sənaye, infrastruktur və xidmət sahələrinə artan maraq iki ölkə arasında yüksək səviyyəli etimad və qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın nəticəsidir. Bu istiqamətdə əməkdaşlığın dərinləşməsi regionun sürətli dirçəlişinə, iqtisadi əlaqələrin güclənməsinə və Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin daha da inkişafına əlavə təkan verəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
1
apa.az

2Источники