
"Real Madrid"in hücumçusu Vinisius Junior PSJ-yə keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ Vinisiusu 2027-ci ildə, braziliyalının "Real Madrid"lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi almaq niyyətindədir.
Bu mövsüm 25 yaşlı Vinisius bütün turnirlərdə 16 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.