RU

"Napoli"nin prezidenti FIFA və UEFA-nı tənqid edib

UEFA Çempiobnalr Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli"nin prezidenti Aurelio De Laurentis futbolçuların yığmaların heyətində aldıqları zədələrə görə FIFA və UEFA-nı tənqid edib. SİA-nın "Football Italia"ya istinadən xəbər verir ki, prezident sıx qrafik səbəbindən futbolçuların zədələnməsinə görə sözügedən qurumlara narazılığını çatdırıb.

"Biz oyunçulara maaş veririk, ona görə də klublar onların milliyə gedib-getməməsi barədə qərar verməlidir. Əgər futbolçu millinin heyətində zədələnirsə, onun klubuna dəyən zərər ödənilməli və ya əlavə transferə icazə verilməlidir. Elə təəssürat yaranır ki, FIFA və UEFA milli çempionatları vecinə almır", - deyə o bildirib.

Daha əvvəl "Napoli" "Qarabağ"la matçdan öncəı Kamerun millisin futbolçusu Frank Angissanı və Albaniya yığmasının üzvü Amir Rrahmanini zədə səbəbindən itirib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Müəllif: Ziya Hikmətoğlu
Избранный
40
2
sia.az

3Источники