Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin 10 ayının göstəriciləri ilə müqayisədə 61,2 % çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında ölkədə günəş elektrik stansiyalarında 532,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayının göstəriciləri ilə müqayisədə 9,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 22 milyard 553,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur. Bunun 21 milyard 800,7 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir.
Bunun 2 milyard 521,2 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində eyni qalıb), 18 milyard 673,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (+0,3 %), 159 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisi (-0,5 %) istehsalının payına düşür.
"Cebheinfo.az"