RU

Günəşdən atılan güclü plazma Yerə YAXINLAŞIR

2025-ci ilin ən güclü Günəş partlayışlarından biri nəticəsində formalaşan plazma buludu Yer kürəsindən yan keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında paylaşılıb.

Qeyd edilir ki, bu, son bir neçə gün ərzində Yerə doğru hərəkət edən dördüncü plazma atımıdır, lakin trayektoriyası planetimizə birbaşa təsir göstərməyəcək.

Bir neçə gün əvvəl qeydə alınan X4.0 səviyyəli partlayış ilin ən güclülərindən biri hesab olunur. Müqayisə üçün, 21-ci əsrin indiyədək ən böyük Günəş partlayışı 4 noyabr 2003-cü ildə baş vermişdi. Lakin həmin partlayış Günəşin kənarında baş verdiyi üçün Yer üçün təhlükə yaratmamışdı.

Mütəxəssislər bildirirlər ki, cari plazma buludunun da trayektoriyası təhlükəli deyil və planetə ciddi təsir gözlənilmir.

Избранный
31
5
bakivaxti.az

6Источники