Türkiyəli aktrisa Mina Dermanın adının yer aldığı insident ölkə mediasında geniş müzakirə olunub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bebekdə bir məkandan çıxan aktrisa paparazzilərdən yayınmaq istəyərkən yol kənarında çiçək satan, yetkinlik yaşına çatmayan uşağa avtomobili ilə toxunub və dayanmadan ərazidən uzaqlaşıb.
Hadisə anında yüngül xəsarət alan uşaq yerindən qalxaraq tərpənə bilsə də, hadisə sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. Jurnalistlər və izləyicilər aktrisanın davranışını məsuliyyətsizlik kimi qiymətləndiriblər.
Mina Derman isə yayılan iddialara münasibət bildirərək məsələni təkzib edib. O, açıqlamasında heç bir qəza törətmədiyini, əksinə, uşağın başqa avtomobilin ardınca qaçarkən onun qarşısına qəfil çıxdığını deyib. Dermanın sözlərinə görə, o geri döndükdə uşaq artıq ayağa qalxaraq oradan uzaqlaşmışdı.
Musavat.com