Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək yolunda qeydə alınıb.
Hadisə zamanı "Hyundai" markalı avtomobil qarşı hərəkət zolağında olan "Mercedes" markalı maşınla toqquşub.
Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"