RU

"Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq" - "Liverpul"un müdafiəçisi

Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunun Azərbaycanla oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az "Liverpul"un müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah kapitan siz olacaqsız? Komandaya nə deyəcəksiz?

- Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır.

- Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?

- Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini təmsil edəcək.

- Parisdəki matçda Azərbaycana qarşı çətinlik çəkmişdiz...

- Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

- Azərbaycan millisinin heyətində əksər oyunçular "Qarabağ"ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında "Liverpul"un rəqibidir. "Qarabağ"ın belə uğurlu çıxışı sizi təccübləndirib?

- Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.

Избранный
15
9
sportinfo.az

10Источники