RU

"Buna görə də o verilişlərə getməyəcəyəm"

"Verilişlərə getmirəm. Çünki oradakı ab-havanı sevmirəm. Verilişlərin mövzusu, qonaqları mənə xoş deyil. Verilən suallar, bəzi qonaqlar ürəyimcə deyil. Bu mövzulara özümü yaxın hiss etmirəm. düşünürəm ki, vaxtımı orada itirirəm: tıxac, bəzənmək, hazırlaşmaq. Bu vaxtı boş sərf etdiyimi düşünürəm. Bu vaxtı özümə sərf edirəm. Gedib kiminsə verilişini doldurmaqdansa, vaxtımı səmərəli istifadə edərəm".

Milli.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. Sənətçi verilişlərə qatılmayacağını bildirib. O, qeyd edib ki, verilən suallar və dəvət olunan qonaqlar onu qane etmir:

"Hər dəfə bir bəhanə ilə təklifləri geri çevirirəm. Səni qalmaqala sürüyür, istifadə edirlər. Dövlət kanallarına isə heç vaxt bizi çağırmır. Heç vaxt demirəm ki, məni efirə çağırın. Onsuz mənim efirə ehtiyacım yoxdur".

Xuraman dövlət konsertlərində yer almamasından danışıb:

"Mənim yarım milyonluq sosial şəbəkə hesabım var, bəsdir. Dövlət konsertlərini kim təşki edir, kim baxır xəbərim yoxdur. Nə vaxt çağırarlar gedərəm. Yalandan zəng edim ki, məni də salın o konsertlərə belə şeyim yoxdur".

Milli.Az

Избранный
28
3
milli.az

4Источники