RU

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Uelsin cənub-şərqində yerləşən Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü və genişmiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Publika.az BBC-yə istinadla xəbər verir ki, qərarın verilməsindən sonra xilasedicilər evakuasiya, xilasetmə əməliyyatları və sakinlərlə bağlı təhlükəsizlik yoxlamaları aparırlar. Böyük Britaniyada həftəsonu yağışlı hava şəraitinin davam edəcəyi, gələn həftə isə kəskin soyuq havanın gözlənildiyi bildirilir. İngiltərə üzrə təxminən 50 daşqın xəbərdarlığı, Uels üzrə isə 9 xəbərdarlıq qüvvədədir.

Monnou çayının daşması nəticəsində Monmut şəhər mərkəzində bir çox ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir hissəsi həyat üçün təhlükə xəbərdarlıqları fonunda şəhər kitabxanasına təxliyə edilib.

Избранный
10
3
publika.az

10Источники