RU

Sahibsiz itlər Şəki sakinlərinə xəsarət yetirib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəki, 15 noyabr, AZƏRTAC

Şəkinin Oxud və Qoxmuq kənd sakinləri sahibsiz itlərin hücumuna məruz qalıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsindən məlumat verilib.

Belə ki, Oxud kənd sakini 70 yaşlı Nərman Məmmədov və Qoxmuq kənd sakini 26 yaşlı Murad Məhərrəmov it dişləməsi xəsarətləri ilə həkimə müraciət ediblər. Müayinələr zamanı Nəriman Məmmədova sağ və sol baldırın, Murad Məhərrəmova isə göbək nahiyəsinin it dişləməsi xəsarəti diaqnozu qoyulub. Hər iki şəxsə tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub, müayinədən keçdikdən sonra kompleks müalicə başlanıb.

Xəsarət alanların həyatı təhlükəsi olmadığından həkimlər onları ambulator müalicə almaq şərti ilə evə buraxıblar. Hər iki şəxs sahə həkim məntəqələrində müalicə müddətində nəzarətdə saxlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
10
azertag.az

10Источники