ABŞ Prezidenti Donald Tramp London meri Sadiq Xanı şəhərdə tüğyan edən cinayətlərlə mübarizə aparmadığına görə tənqid edib.
Publika.az xəbər verir ki, o, bu barədə Britaniyanın GB News telekanalına müsahibəsində bildirib.
Amerika lideri Sadiq Xanın ünvanına ağır sözlər deyib, onu “iyrənc insan” və “fəlakət” adlandırıb.
"Mən sizə deyə bilərəm ki, o, fəlakətdir. O, cinayətə göz yuman rəzil adamdır", - Tramp deyib.
O, Londonda hətta polisin belə getməkdən qorxduğu ərazilər olduğunu və Britaniyanın “immiqrasiya ilə bağlı nəsə etməli olduğunu” vurğulayıb.