DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində Azərbaycan milli komandası sabah Fransa yığması ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, yığmamızın futbolçusu  Elvin Bədəlov  mətbuat konfransında iştirak edib. O, Fransaya qarşı oyun barədə bu sözləri deyib:

“Son ev oyunumuzdur. Rəqib güclüdür, biz oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı performans göstərəcəyik və nəticə əldə edəcəyik”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.