RU

Fransa sabah ikinci heyətlə oynasa da- Abbasov

Seçmə mərhələdə son görüşümüzdür, buna görə də azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Fransa sabah ikinci heyətlə oynasa da, onlar da xal qazanmaq niyyətindədirlər.

News365.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Fransa yığması kimi güclü komandalarla oynamağın yaxşı təcrübə olduğunu bildirib:

“Rəqib bəzi əsas oyunçularını Bakıya gətirməyib. Onların yerinə meydana çıxacaq futbolçular özlərini göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Fransa yığmasına qarşı sonadək hücum oynamaq da çətindir. Lakin tamamilə müdafiədə oturmaq fikrimiz yoxdur”.

Baş məşqçi milliyə dəvət alan gənc futbolçulara güvəndiyini söyləyib:

“Biz onları bu cür matçlarda oynatmaqla qazanırıq. Sol cinah müdafiəçilərinin zədələnməsi bizim işimizi çətinləşdirdi. Sabah müəyyən dəyişikliklər olacaq”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Избранный
17
10
news365.az

10Источники