RU

Abortları dayandırmaq üçün keşişlər SƏFƏRBƏR EDİLDİ

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Saratov şəhərində keşişlərin qadın məsləhətxanalarında işləməsi planlaşdırılır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Saratov və Volsk metropoliti İqnatinin sərəncamında bildirilir.

Məlumata görə, pravoslav keşişlər 19 tibb müəssisəsində, qadın məsləhətxanaları və perinatal mərkəzlərdə xidmət göstərəcəklər. 

Onların əsas vəzifəsi qadınları abortdan çəkindirmək olacaq.

"Vesriya Saratov" xəbər verir ki, metropolit İqnati oktyabrın sonunda demoqrafiya mövzusunda Saratov Regional Dumasında keçirilən iclasda bölgənin səhiyyə naziri Vladimir Dudakova qadın məsləhətxanalarına keşişlərin təyin olunmasını təklif edib. Bundan əlavə, metropolit bölgədəki bir qadın məsləhətxanasının qarşısına doğulmamış uşaqların xatirəsinə abidə qoymağı vəd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
2
olke.az

3Источники