Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq.
Manset.az Apasport.az-a istinadən xəbər verir ki, qonaqların müdafiəçisi İbrahima Konate qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı jurnaliatlərin suallarını cavablandırıb.
- Sabah kapitan siz olacaqsız? Komandaya nə deyəcəksiz?
- Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır.
- Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?
- Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini təmsil edəcək.
- Parisdəki matçda Azərbaycana qarşı çətinlik çəkmişdiz...
- Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.
- Azərbaycan millisinin heyətində əksər oyunçular "Qarabağ"ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında "Liverpul"un rəqibidir. "Qarabağ"ın belə uğurlu çıxışı sizi təccübləndirib?
- Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.