RU

"Fransa xalqının qarşısında öz məsuliyyətimiz var" - İbrahima Konate

Millimiz DÇ-2026-ın seçmə mərhələsinin D qrupunun sonuncu turunda Fransanı qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Fransa millisinin futbolçusu İbrahima Konate çıxış edib. Qeyd edək ki, konfrans vaxtından 4 dəqiqə gec başlayıb.

⁃ Sabah kapitan siz olacaqsız?
⁃ Kapitan olub-olmayacağımı bilmirəm. Məşqçinin qərarıdı. Oyun çətin keçə bilər. Amma Fransanı təmsil edirik. Məqsədimiz xal almaqdı.

- Parisdəki matçda Azərbaycana qarşı çətinlik çəkmişdiz?
- Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

- Azərbaycan millisinin heyətində əksər oyunçular “Qarabağ”ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında “Liverpul”un rəqibidi. “Qarabağ”ın belə uğurlu çıxışı sizi təəccübləndirib?
• Bakı gözəl şəhərdi. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
6
1
football-plus.az

10Источники