Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, yanğın Mehdi Abbasov küçəsi 25/38 ünvanında, binanın 17-ci mərtəbəsində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üzrə tədbirlər görülür.
Musavat.com