RU

Umerov: "1200 ukraynalı hərbi əsirin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb"

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, təxminən 1200 ukraynalı hərbi əsirin Yeni il və Milad bayramlarınadək geri qaytarılması məqsədilə danışıqlara start verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində müvafiq məsləhətləşmələr aparıb.

Umerovun sözlərinə görə, tərəflər (kimlər olduğu açıqlanmır) saxlanılan şəxslərin mübadiləsi və geri qaytarılması üçün “İstanbul razılaşmalarının aktivləşdirilməsi” barədə razılığa gəliblər.

"Cebheinfo.az"

Избранный
9
8
cebheinfo.az

9Источники