RU

Polkovnik İlham Abbasov vəfat ETDİ -FOTO

Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüquq elmləri üzrə fəlsəfə doktoru polkovnik İlham Abbasov vəfat edib.

Redaktor.az  modern.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları bildiriblər.

İ.Abbasov uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutub. O, Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru olub. Daha sonra Baş Prokurorluğunun mərkəzi Aparatında işləyib.

2001-2017-ci illərdə Ədliyyə Nazirliyinin Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb. 2017-ci ildən təqaüddə idi.

Allah rəhmət eləsin.

Mərhum Bakının Mehdiabad qəbristanlığında dəfn edilib.

2
Избранный
29
9
redaktor.az

10Источники