UFC üzrə keçmiş çempion Həbib Nurməhəmmədov döyüşçü İslam Maxaçevlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Offsideplus.az xəbər verir ki, o, İslamla birgə fotosuna bu şərhi yazıb: “Allah səni qorusun. Bu idmanda tarixi izləyirsən. Sadəcə irəli get, sadəcə qazan”.

Qeyd edək ki, bu gecə baş tutacaq UFC322 tədbirinin əsas döyüşündə Cek Della Maddalena və İslam Maxaçev üz-üzə gələcək. İslam bu döyüşdə qalib gəlsə, 2 ayrı çəki dərəcəsində kəmər sahibi olacaq.