ABŞ Sərhəd Xidmətinin qüvvələri Şimali Karolina ştatının Şarlott şəhərində yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Federal agentlər (ABŞ – red.) şəhərdə sərhəd xidmətinin yerləşdirilməsindən sonra həbslərə başlayıblar. Daxili Təhlükəsizlik Nazirliyinin iddiasına görə, tədbirlər amerikalıların təhlükəsizliyini təmin etmək və ictimai təhlükəsizlik təhdidlərini aradan qaldırmaq məqsədi daşıyır”, – deyə telekanalın materialında bildirilir.
İyun ayından etibarən ABŞ Prezidenti cinayətkarlığa qarşı mübarizə məqsədilə federal güc strukturlarının ölkənin iri şəhərlərinə cəlb olunması praktikasını həyata keçirməyə başlayıb. Bu çərçivədə Los-Anceles, Vaşinqton, Çikaqo, Memfis, Portlend və San-Fransiskoda Milli Qvardiya və digər qurumların qüvvələri yerləşdirilib.