ABŞ Prezidenti Donald Trampın yeni istiqraz yatırımları bir neçə sənayeni əhatə edir. Bunlara onun administrasiyasının maliyyə derequlyasiyası kimi siyasət dəyişiklərindən artıq faydalanan və ya hazırda faydalanmaqda olan sektorlar daxildir.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Tramp avqustun sonu ilə oktyabrın əvvəli arasında korporativ və bələdiyyə istiqrazlarına ən azı 82 milyon dollar sərmayə qoyub. Bu məlumatı rəsmi şəkildə açıqlanan maliyyə sənədlərinə əsasən yayıblar.
Rəsmi məlumata görə, aktivlərin böyük hissəsini bələdiyyələr, ştatlar, qraflıqlar, məktəb dairələri və digər ictimai qurumlarla əlaqəli təşkilatlar tərəfindən buraxılmış istiqrazlar təşkil edir.
Trampın aldığı korporativ istiqrazlar arasında Broadcom və Qualcomm kimi çip istehsalçıları, Meta Platforms kimi texnologiya şirkətləri, Home Depot və CVS Health kimi pərakəndə satış şirkətləri, eləcə də Goldman Sachs və Morgan Stanley kimi Wall Street banklarının buraxdığı istiqrazlar var.