RU

Özbəkistan Prezidenti: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq.

APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilməsi ilə bağlı danışarkən bildirib.

“Şübhəsiz ki, hər iki bölgənin strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək vahid əməkdaşlıq məkanının formalaşması istiqamətində çalışacağıq. Bu vacib qərarı verdiyinə görə bütün hörmətli həmkarlarıma səmimi qəlbdən təşəkkür etmək və məşvərət görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması münasibətilə Prezident İlham Əliyevi təbrik etmək istəyirəm”, - deyə Özbəkistan Respublikasının Prezidenti bildirib.

Избранный
81
50
apa.az

10Источники