Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.
Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb.
Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.